Azərbaycan ombudsmanına DYP ilə bağlı 240-dək şikayət daxil olub

Azərbaycan ombudsmanına DYP ilə bağlı 240-dək şikayət daxil olub Baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib
Daxili siyasət
26 Fevral , 2016 12:28
Azərbaycan ombudsmanına DYP ilə bağlı 240-dək şikayət daxil olub

Bakı. 26 fevral. REPORT.AZ/ Keçən il İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) yol patrul xidmətinin əməkdaşları ilə bağlı 239 şikayət daxil olub. "Report"un məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində qeyd olunub.

Məruzədə daxil olan şikayətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib.

Şikayətlər üzrə müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb, bəzən sürücülərə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilib. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

Bunları nəzərə alaraq Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir. 

Son xəbərlər

Orphus sistemi