Azərbaycan Ombudsmanı əfv sərəncamından danışdı - VİDEO

Azərbaycan Ombudsmanı əfv sərəncamından danışdı - VİDEO Məhbusların cəzalarının yarıya qədər endirilməsi praktikasını çox yüksək dəyərləndiririk
Daxili siyasət
19 Mart , 2021 14:44
Azərbaycan Ombudsmanı əfv sərəncamından danışdı - VİDEO
Səbinə Əliyeva

Səbinə Əliyeva: “Müvəkkil tərəfindən müraciətlər əsasında 72 məhkum azadlığa buraxılıb”

“Bu dəfəki əfv sərəncamı ahıllara, müxtəlif xəstəlikdən əziyyət çəkənlərə, əlilliyi olan şəxslərə və qadınlara şamil olunub. Biz cənab Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə görə öz dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və hamımızı sevindirdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Müvəkkil tərəfindən müraciətlər əsasında 72 məhkum azadlığa buraxılıb. 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilib. Həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılıb. Bu da çox müsbət praktikadır və biz bunu çox yüksək dəyərləndiririk. Bununla əlaqədar cənab Prezidentə təşəkkürümüzü bildiririk”, - S.Əliyeva əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamı icra olunub. Sərəncama uyğun olaraq, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib və cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Son xəbərlər

Orphus sistemi