Azərbaycan MTN-ə yeni səlahiyyət verilib

Azərbaycan MTN-ə yeni səlahiyyət verilib Bu qərar ixrac nəzarətinə düşən malların ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarını müəyyən edir
Daxili siyasət
3 İyun , 2015 17:27
Azərbaycan MTN-ə yeni səlahiyyət verilib

Bakı. 3 iyun. REPORT.AZ/ Nazirlər Kabineti "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

"Report"un xəbərinə görə, bu qərar ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarını müəyyən edir.

Qərara edilən dəyişikliyə əsasən, ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının siyahısına Milli Təhlükəsizlik Nazirliyinin (MTN) də adı əlavə olunub. Beləliklə, hərbi təyinatlı uçuş aparatları, "pilotsuz" uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərinin ixracatına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də edəcək.

Son xəbərlər

Orphus sistemi