Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
“Report”un məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan indiyədək ölkə üzrə 4 819 382 seçicidən 36,38 faizi (1 753 394 nəfər) səsvermədə iştirak edib.
Ən yüksək aktivlik 48,28 faizlə (22 505) 53 saylı Quba-Qusar, ən aşağı isə nəticə isə 29 faizlə (14 146) 26 saylı Sabunçu l Seçki Dairəsində müşahidə olunub.
R.Gülməmmmədov bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinə 116 müraciət daxil olub. Müraciətlər sosial şəbəkələr, 115 saylı “Qaynar xətt”ə zənglərlə və başqa vasitələrlə edilib. Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.