Yuxarı

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb

İclasda həmçinin Vətəndaşların müraciətləri haqqında qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 17 məsələnin müzakirəsi nəzərdə tutulub.

İclasda çıxıç edən MM sədri Oqtay Əsədov Azərbaycanın bütün qadınlarını 8 Mart - Beynəlxlaq Qadınlar günü münasibəti ilə təbrik edib.

İclasda ilk olaraq İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək. Daha sonra Azərbaycan hökuməti ilə Norveç krallığı arasında 2 sazişin təsdiq edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarda dəyişiklik edilməsi, Su, Torpaq, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Ovçuluq haqqında", "Heyvanlar aləmi haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında" və "Siyasi partiyalar haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

İclasda həmçinin "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi