Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Milli Məclisinin deputatları tətilə buraxılıb

    Tətil avqustun 30-dək davam edəcək

    Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatları bu gün tətilə buraxılıb.

    "Report"un xəbərinə görə, qanunverici orqanın üzvləri avqustun 30-dək istirahətdə olacaqlar. 

    "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

    Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

    Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi