​Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 19,5 milyon manat ayrılıb

​Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 19,5 milyon manat ayrılıb Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə 2 milyon manat ayrılıb
Daxili siyasət
25 Dekabr , 2014 19:48
​Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 19,5 milyon manat ayrılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) 19,5 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi