​Azərbaycan Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib - SİYAHI

​Azərbaycan Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib - SİYAHI Hazırda MHŞ-da bir vakant yer var
Daxili siyasət
29 May , 2015 13:10
​Azərbaycan Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib - SİYAHI

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Məhkəmə-Hüquq Şurasına (MHŞ) yeni üzvlər təyin edilib. “Report”un məlumatına görə, Salyan rayon Məhkəməsinin sədri Xəqani Tağıyev, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlham Əhmədov və Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov MHŞ-nin üzvü kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, R.İbrahimov həm də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. O, MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.

R.İbrahimov MHŞ-da Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənovu əvəz edib. MHŞ-da yeni üzvlərin təyin olunduğu digər iki yer isə vakant olub.

Hazırda MHŞ-da bir vakant yer var.

Son xəbərlər

Orphus sistemi