Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev "Azərbaycan Könüllü Həftəsi-2023"ün başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dekabrın 13-də Bakı Konqres Mərkəzində təşkil olunacaq forumda rəsmilər, eyni zamanda türk dövlətlərinin könüllülər təşkilatının rəhbərləri iştirak edəcəklər.
Tədbirdə 3 000-dən çox gəncin iştirakı nəzərdə tutulub