Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.
Daxili siyasət
5 Dekabr , 2019 15:58
Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. 

"Report"un məlumatına görə, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, "Sabah" futbol komandasının kapitanı Ruslan Abışov və digər şəxslər iştirak ediblər.

Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Tədbir dövlət himninin oxunması və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti diqqətə çatdırılıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Bildirilib ki, həftə çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil edilib, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə, tədbirlərdə 10 mindən artıq gənc könüllü iştirak edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub. Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib. Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi