BMqT rəsmisi: "Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır"

BMqT rəsmisi: "Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır" Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə Gəncə şəhərində təlim keçirir.
Daxili siyasət
28 Oktyabr , 2021 15:19
BMqT rəsmisi: Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə Gəncə şəhərində təlim keçirir.

"Report" xəbər verir ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Tamas İB-nin əməkdaşları tərəfindən aparılan təlimdə mövcud və potensial insan alveri qurbanları ilə işləyən və ya qurbanları aşkar etmək vəzifəsi daşıyan Gəncə (Kəpəz və Nizami rayonlar;), Şəmkir, Tovuz rayonlarınnın polis bölmələrini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndəliyini və sosial xidmət sahəsində çalışan qeyri hökümət təşkilatlarını təmsil edən 10 nəfər iştirak edir.

Təlimin açılışında çıxış edən ABŞ səfiri Litzenberqer insan alverinin bütün dünyada nə qədər ciddi problemə çevrildiyini və istənilən anda 25 milyon qurbanın olduğunu qeyd edib. Səfir Azərbaycan hökumətinin və yerli QHT-lərin bu sahədə səylərini yüksək qiymətləndirib və bu mübarizədə dövlətlər və qurumlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, həmçinin BMqT-nin və onun yerli missiyasının rəhbəri Vladimir Georgiyevin insan alverinə qarşı mübarizədə usanmaz fəaliyyətini yüksək qiymətləndirib. Sonda səfir insan alveri ilə bağlı beynəlxalq bəlaya son qoymaqda göstərdikləri öhdəliklərə görə hər bir iştirakçını şəxsən təbrik etdi və təşəkkür etdi.

Sonra çıxışında Georgiyev Azərbaycanın insan alverinə qarşı ciddi mübarizə apardığını və BMqT-nin hökumətin və QHT-lərin səylərinə kömək etməklə İnsan Alverinə Qarşı Mübarizə Hesabatında ölkənin reytinqini yüksəltmək məqsədi daşıdığını qeyd edib. O, ilk növbədə həssas insanların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması, potensial qurbanların müəyyən edilməsindən sonra isə səmərəli kömək və dəstəyin göstərilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, burada tədris olunan ən yaxşı təcrübə və metodologiyalar insan alverinin yaratdığı ciddi problemlərin həllinə kömək edəcək.

Təlim zamanı iştirakçılar İnsan Alveri və İnsan Alverinə Qarşı Mübarizə Əsas Anlayışları, İnsan Alverinin Qurbanların Sağlamlığına Nəticələri, Ehtimal olunan qurbanlarla ünsiyyət/müsahibədə Etika, Azərbaycanda Standart Fəaliyyət Prosedurları, Milli İstiqamətləndirmə Mexanizmi Modelləri və İnsan Alverinə Qarşı Azərbaycan Milli Fəaliyyət Planı üzrə biliklərini genişləndirirlər.

BMqT tərəfindən həyata keçirilən USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Son xəbərlər

Orphus sistemi