Dövlət müşaviri: "Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq ölkədir"

Dövlət müşaviri: "Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq ölkədir" "İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyi üçün bir baza, mənəvi bünövrə kimi də qəbul oluna bilər"
Daxili siyasət
3 Fevral , 2017 18:21
Dövlət müşaviri: Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq ölkədir

Bakı 3 fevral. REPORT.AZ/ "Azərbaycanda bu il keçiriləcək İslam Həmrəyliyi Oyunları müsəlman dünyasının həmrəyliyi üçün baza, mənəvi bünövrə kimi də qəbul oluna bilər".

“Report” xəbər verir ki, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq bir ölkədir və bu, belə də olacaq.

K.Abdullayev bildirib ki, "Multikulturalizm ili"ndə olduğu kimi, "İslam Həmrəyliyi ili" də onun məntiqi davamı kimi dünyada Azərbaycaının imicinin artmasına, intellektual enerjisinin adekvat şəkildə qəbul edilməsinə gətirib çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi