Yuxarı

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası keçirilir - ƏLAVƏ OLUNUB

Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bizim işçi qrupunun içərisində olması elə də əhəmiyyəti olmayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilir. “Report”un xəbərinə görə, iclasda İşçi Qrupunun üzvləri olan hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.

İclasa sədrliyi qrupun üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov edir.

S.Seyidov deyib ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsinin Azərbaycandakı işçi qrupunun içərisində olmasının elə də əhəmiyyəti olmayıb: “İşçi qrupu heç bir təşkilat üçün fəaliyyət göstərmir. Heç kimin təsiri altında işimizi davam etdirmirik. Ona görə də fəaliyyətimiz bundan sonra da davam edəcək. İnsan haqları adından istifadə edərək dövlətlərə təsir göstərmək olmaz. Qeyd edim ki, Azərbaycan öz işini yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Avropa Şurasının baş katibi öz nümayəndəsini işçi qrupundan geri çağırması və sonradan yenidən bura göndərmək istəməsi başa düşülən deyil”.

İşçi qrupunun üzvü, deputat Azay Quliyev deyib ki, bir çox hallarda daxili mexanizmlərin işlək olmasına maneçilik törədilir: “Baxmayaraq ki, biz hər zaman beynəlxalq təşkilatlarla işləməyə hazırıq, ancaq görünən odur ki, bəziləri buna hazır deyil”.

İşçi qrupunun üzvü, deputat Çingiz Qənizadə bildirib ki, Avropa Şurasının baş katibinin bu addımı heç də təsadüfi deyil: “Ölkəmiz bütün problemlərini öz imkanları daxilində həll etməyə hazırdır. Odur ki, kənar müdaxilə yolverilməzdir. Bu kimi hallar isə Azərbaycanı sevməyən qüvvələrin işidir. Çünki onlar da erməni diasporalarının əlaltılarıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi