Yuxarı

Azərbaycan hökuməti siyasi partiyalara və QHT-lərə dövlət tərəfindən ayrılan maliyyə vəsaitini artırıb

Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-ci il üzrə xərclər 450 min manat artırılaraq 23 milyon 807 min manat olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov çıxış edib. “Report”un xəbərinə görə, nazir bildirib ki, deputatların səsləndirdiyi təkliflər nəzərdən keçirilib və bəzi sahələrə ayrılan vəsait artırılıb.

Nazir deyib ki, 2015-ci ilin dövlət büdcəsində elm xərcləri üçün ayrılan vəsait artırılıb. Belə ki, elm xərcləri üçün 142 milyon 457 min manat nəzərdə tutulmuşdusa, hökumət tərəfindən bu məbləğin 8 milyon artırılması qərara alınıb.

Siyasi partiyalara ayrılan vəsait də artırılıb. Belə ki, 2014-cü ilin dövlət büdcəsindən 250 min manat qalmışdı və bu məbləğ partiyalar arasında bölüşdürülməmişdi. Qərara alınıb ki, həmin vəsait 2015-ci ilin dövlət büdcəsinə əlavə olunacaq və partiyalar arasında bölünəcək.

Samir Şərifovun sözlərinə görə, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait də artırılıb. O, bildirib ki, deputatların fikirləri əsas götürülərək QHT-lərə ayrılan vəsait 600 min manat artırılıb.

Nazir onu da bildirib ki, Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-ci il üzrə xərclər 450 min manat artırılaraq 23 milyon 807 min manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi