Yuxarı

Hökumət dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib

Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib. “Report” xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, Azərbaycanda dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Qeyd edək ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1024 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi