Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi qeyd edilib

Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi qeyd edilib Mərasim iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub
Daxili siyasət
25 Noyabr , 2015 15:46
Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi qeyd edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi münasibətilə noyabrın 25-də Dövlət Musiqili Teatrında təntənəli yubiley mərasimi keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, digər dövlət və hökumət rəsmiləri, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının, həmçinin bir sıra ölkələrin həmkarlar ittifaqları qurumlarının rəhbər şəxsləri, respublika həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev əlamətdar hadisə münasibətilə respublika həmkarlar təşkilatlarının üzvlərini təbrik edib. Azərbaycanda həmkarlar ittifaqlarının tarixi və inkişaf yolu ilə bağlı geniş məruzə ilə çıxış edən AHİK sədri ölkəmizdə həmkarlar ittifaqlarının sıralarında 1,6 milyondan çox insanın birləşdiyini vurğulayıb.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək həmkarlar ittifaqlarının yaranmasının 110 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin tədbirə dəvət olunmuş nümayəndə heyətlərinin başçıları çıxışlarında Azərbaycan həmkarlar ittifaqlarının yüksək fəallığı ilə seçildiyini bildiriblər.

Daha sonra həmkarlar ittifaqlarının Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden, medal və yüksək fəxri adlara layiq görülmüş fəallarına mükafatları təqdim edilib.

Sonda mərasim iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Son xəbərlər

Orphus sistemi