“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib “Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv iştirak edir”
Daxili siyasət
22 Dekabr , 2015 15:54
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib. “Report” xəbər verir ki, iclasda əlaqədar dövlət orqanlarının rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzv təşkilatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv iştirak edir. Bu ilin ən əhəmiyyətli hadisəsi I Avropa Oyunlarının keçirilməsi idi. Bu da bütün dünyanın diqqət mərkəzində oldu. Bundan başqa, Oyunlarda könüllülərin də əməyi az olmayıb. Belə ki, oyunlar zamanı 20 minə yaxın könüllü iştirak edirdi. Onların zəhməti də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı və bunun üçün birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlamışdı”.

O, həmçinin qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ötən 5 ildə icra olunub və bu müddətdə bir çox nailiyyətlər əldə edilib.

Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev proqram barədə yekun hesabatı diqqətə çatdırıb. Onun sözlərinə görə, proqramın icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat ayrılıb: “Hesabat dövründə 675 tədbir həyata keçirilib. 554-ü respublikadaxili, 121-i isə beynəlxalq səviyyədə olub”.

Son xəbərlər

Orphus sistemi