Azərbaycan dövlətlərarası orqanın qərarının icrası qaydalarının dəyişdirilməsi ilə bağlı layihəni yenidən müzakirəyə çıxarır

Azərbaycan dövlətlərarası orqanın qərarının icrası qaydalarının dəyişdirilməsi ilə bağlı layihəni yenidən müzakirəyə çıxarır Layihəyə payız sessiyasında baxılacaq
Daxili siyasət
26 Sentyabr , 2017 15:05
Azərbaycan dövlətlərarası orqanın qərarının icrası qaydalarının dəyişdirilməsi ilə bağlı layihəni yenidən müzakirəyə çıxarır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Milli Məclis Azərbaycanın üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirilməsi ilə bağlı qanun layihəsini yenidən müzakirəyə çıxarır.

“Report”un xəbərinə görə, parlamentin payız sessiyasının qanunvericilik işləri planına bununla bağlı "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi daxil edilib. Qanun qəbul edilərsə, Konstitusiya qanunu statusunda olacaq.

Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqana üzvdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.

Son xəbərlər

Orphus sistemi