Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il büdcəsi təsdiqlənib

Fondun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” fərman imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilib. Sənədlə müəyyən edilir ki, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-siGəlir mənbələriGəlirlərin məbləği(min manat)
2.1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)6 094 053,0
2.2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabıödənişlər2 100,0
2.3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər12 600,0
2.4.Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər602 790,1
2.5.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar21,0
Cəmi6 711 564,1

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-siXərc istiqamətləriXərclərin məbləği(min manat)
3.1.Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi90 000,0
3.2.Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert6 000 000,0
3.3.Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi70 000,0
3.4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi137 621,7
3.5.2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi36 558,0
3.6.Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi1 822 800,0
3.7.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər24 420,0
Cəmi8 181 399,7

Sənədlə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilib. Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiqlənib.

Qeyd edək ki, Fondun gəlirləri 2015-ci ilin analoji proqnoz göstəricisindən 34,5%, xərcləri 30,8%, dövlət büdcəsinə transfertin həcmi isə 42,2% az təsdiq edilib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi