Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclisinə üzvlər seçilib - SİYAHI

Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclisinə üzvlər seçilib - SİYAHI Hərəkatın İdarə Heyəti formalaşıb
Daxili siyasət
21 Fevral , 2015 13:27
Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclisinə üzvlər seçilib - SİYAHI

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün keçirilən təsis konfransında Nəzarət-Təftiş Komissiyasına və Ali Məclisinə üzvlərin seçilməsi ilə bağlı seçki keçirilib. 

“Report”un məlumatına görə, səsvermədə Nəzarət-Təftiş Komissiyasına Akif Nəcəfli, Lüdmila Ağayeva, Emin Məmmədov, Rüfət Sultanlı və Daşqın Qaraşlı seçilib. 

Hərəkatın Ali Məclisinə isə Məhəmməd İsmayılov, Aqil Həsənli, Füzuli Cəbrayılov, Uğur Babaşov, Kamil Xəlilbəyli, Vəlixan Balakişiyev, Zakir Hüseynov, Oqtay Tahirov, Bəhruz Yusubov, Elman Behbudov, Şikar Əliyev, İlkin Yusubov, Arif Əzizzadə, Yaşar Ağabəyov, Aid Süleymanov, Əlövsət Sadıqlı, Fəxrəddin Qasımov, İlham Həmzəyev, Ramin Sadiqli, Rahim Qubadov, Nəcəf Qaraşlı, Abdulla Fərəcli, Natiq Kərimoğlu, Hidayət Vəliyev, Qəmbər Babayev, Ceyhun Həsənov, Eyvaz Yediyarov, Namiq Mikayılov, Hikmət Qasımov, Məzahir İsrafilov, Nəsibə Şuşalı, Rahid Bəşirov, Natiq İbrahimov, Asən Həşimli,Arif Hüseynov, Arif Məmmədov, Arifə Hüseynli, Əliyoldaş Rzayev, Fuad İbrahimov, Gülbəniz Babayeva, Habil Əsgər, Heydər Oğuz, Xatirə Murad, Qəzənfər Əliyev, Nəzakət Muradova, Polad Əzimov, Rahib Mirələmov, Rafail Mirzəzadə, Sevinc İsgəndərova, Səftər Nəhmətli, Tofiq Basqallı, Vidadi Həmid, Sədaqət Paşayeva, Yusif Süleymanlı, Firdovsu Sadıqlı, Şakir Məmmədov, Kənan Tağıyev, Ülfət Abdullayev, Azər Telmanoğlu, Rafiq Məmmədov, Elçin Muradlı, Rövşən Dəmirli və Zahid Babayev üzv seçilib. 

Təsis konfransından sonra Hərəkatın Ali Məclisinin ilk toplantısı keçirilib. Toplantıda katibin seçilməsi məsələsi müzakirə edilib. Məclis katibliyinə yalnız Arifə Hüseynli namizədliyini irəli sürüb. Onun namizədliyi səsə qoyularaq qəbul edilib. 

Hərəkatın İdarə Heyətinin formalaşdırılması Ali Məclisin səlahiyyətində olduğundan bununla bağlı da müzakirələr aparılıb. İdarə Heyətinə seçkilər keçirilib və Adil Qeybulla, Dünyaxanım Cərullayeva, Ellada Məmmədli, Ədalət Yusubov, Əhliman Abbas, Əlövsət Talışxanlı, Hamlet Səfixanlı, Hüseyn Məlik, İbrahim İbrahimli, İsmayıl Yusifov, Məlahət Mürşüdlü, Rafiq Abdullalı, Rövşəvn Dəmirli, Samir Abbaslı,Səxavət Əlisoy, Qubad İbadoğlu, Taleh Əliyev və Vurğun Əyyub üzv seçilib. 

Hərəkatın Nizamnaməsinə görə, sədr həm Ali Məclisə, həm də İdarə Heyətinə rəhbərlik edir. Beləliklə, Qubad İbadoğlu bu iki struktura rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi