Prezident “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni sədr təyin edib

Prezident “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni sədr təyin edib Arif Nəriman oğlu Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub
Daxili siyasət
1405
9 Fevral , 2015 18:38
Prezident “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni sədr təyin edib

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Arif Nəriman oğlu Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti Cavid Qəmbər oğlu Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi