Azərbaycan Cinayət Məcəlləsinə yeni maddə əlavə olunub

Azərbaycan Cinayət Məcəlləsinə yeni maddə əlavə olunub Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
Daxili siyasət
25 May , 2015 16:58
Azərbaycan Cinayət Məcəlləsinə yeni maddə əlavə olunub

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. “Report”un xəbərinə görə, dəyişikliklə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumat verməyən şəxs üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılacaq.

Son xəbərlər

Orphus sistemi