Azərbaycan bəzi vizalar üçün tələb olunan dövlət rüsumlarını ləğv edib

Azərbaycan bəzi vizalar üçün tələb olunan dövlət rüsumlarını ləğv edib Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb
Daxili siyasət
24 İyun , 2016 16:23
Azərbaycan bəzi vizalar üçün tələb olunan dövlət rüsumlarını ləğv edib

Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.

Dəyişikliyə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.

Qanuna edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi müqavilə ilə təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilib.

Son xəbərlər

Orphus sistemi