Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM Prezident İlham Əliyev Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
27 Aprel , 2020 11:35
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM
0 : 00
0 : 00

Prezident İlham Əliyev Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi