Səməd Seyidov: "Azərbaycan Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır"

Səməd Seyidov: "Azərbaycan Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır" S.Seyidov Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüb
Daxili siyasət
9 Aprel , 2015 18:04
Səməd Seyidov: Azərbaycan Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri ölkədə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüblər. Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumla ölkənin səmərəli əməkdaşlığından, Azərbaycanda müxtəlif sahələrdə görülən böyük işlərdənsöz açıb: "Azərbaycanın inkişafı və buradakı sabitlik ölkənin nə qədər düzgün yolda olduğunu göstərir. Azərbaycan Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır". 

S.Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq vurğulayıb ki, bu problem nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.

Görüş üçün təşəkkürünü bildirən Avropa Şurası Nazirlər Komitəsinin siyasi məsələlər üzrə direktoru Aleksandr Guessel qurumla Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan bizim təşkilatın mühüm üzvlərindəndir: "Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Mən Azərbaycanda gedən prosesləri yaxından izləyirəm və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm". 

Qonaq Bakıda olduğu müddətdə maraqlı görüşlər keçirdiklərini və faydalı fikir mübadiləsi apardıqlarını söyləyib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi