Bakı. 20 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar olaraq “Azəravtoyol”ASC-nin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
ASC-dən "Report"a verilən məlumata görə, ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarları üzərinə matəm musiqisinin sədaları altında güllər düzülüb, şəhidlərə Allahdan rəhmət dilənib.