Azər Tağıyev vəzifəsindən azad olunub, Vəkillər Kollegiyasına yeni sədr dekabrda seçiləcək

Azər Tağıyev vəzifəsindən azad olunub, Vəkillər Kollegiyasına yeni sədr dekabrda seçiləcək Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək
Daxili siyasət
28 Sentyabr , 2017 09:53
Azər Tağıyev vəzifəsindən azad olunub, Vəkillər Kollegiyasına yeni sədr dekabrda seçiləcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifəsindən azad olunub.

Bu barədə "Report"a VK-nın Rəyasət Heyətindən məlumat verilib.

Belə ki, dünən, sentyabrın 27-də Kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib. İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. A.Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. A.Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib. Onun müraciətinə baxılıb və A.Tağıyev VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.

Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

A.Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitəcəkdi.

Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.

Son xəbərlər

Orphus sistemi