Azay Quliyev: "Vətəndaş cəmiyyəti Prezidentin yanındadır"

Azay Quliyev: "Vətəndaş cəmiyyəti Prezidentin yanındadır" "Saytlarda əsassız məlumatlar yayılır"
Daxili siyasət
19 Yanvar , 2016 14:07
Azay Quliyev: Vətəndaş cəmiyyəti Prezidentin yanındadır

Bakı. 19 yanvar. REPORT.AZ/ "İctimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq Prezidentə təqdim ediləcək". "Report"un xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar plenar iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

A.Quliyev bəzi saytlarda əsassız məlumatların yayılmasına da toxunub: "Saytlarda əsassız məlumatlar yayılır. Keçmiş mitinqlərin görüntüləri hazırkı mitinqlər kimi təqdim edilir. Heç kəs öz məsuliyyətini unutmamalıdır. Hazırda vətəndaş cəmiyyəti, QHT-lər də Prezidentin yanındadır, onun islahatlarını dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi