Azay Quliyev: "Bəzi qüvvələr Azərbaycan-Aİ əməkdaşlığına əngəllər yaratmağa çalışırlar"

Azay Quliyev: "Bəzi qüvvələr Azərbaycan-Aİ əməkdaşlığına əngəllər yaratmağa çalışırlar" Şura sədri Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardla görüşüb
Daxili siyasət
22 May , 2015 19:27
Azay Quliyev: Bəzi qüvvələr Azərbaycan-Aİ əməkdaşlığına əngəllər yaratmağa çalışırlar

Bakı. 22 may. REPORT.AZ/ Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardla görüş keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib. 

M.Mard Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün tərəflərin lazım olan səyləri göstərdiyini bildirib. Səfir Azərbaycan nümayəndə heyətinin Riqa sammitində iştirakının və strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etməsinin əlaqələrin inkişafına tövhə verəcəyinə ümid etdiyini deyib. Səfir Şura sədrini Aİ-nın Azərbaycandakı ofisinin elan etdiyi qrant müsabiqəsi haqqında da məlumatlandırıb və Şura ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Şura sədri Azay Quliyev ölkənin bir çox sahələrdə Aİ ilə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanın strateji tərəfdaşlıq haqqında təşəbbüsünün dəstəklənməsinin hər iki tərəfə faydalı olacağını vurğulayıb. Azay Quliyev Şuranın Aİ-nın yerli ofisi ilə birgə qrant müsabiqələrinin həyata keçirilməsi, regional QHT resurs və təlim mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı və digər istiqamətlərdə yaxından əməkdaşlığa hazır olduğunu qeyd edib. Şura sədri təəssüflə səfirin diqqətinə çatdırıb ki, Aİ və Avropa Parlamentində bəzi qüvvələr inkişafda olan əməkdaşlıq münasibətlərimizə əngəllər yaratmağa çalışırlar. Azərbaycana qarşı ikili standartlara söykənən mövqedən çıxış edilməsi, ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı edilən hörmətsizlik ölkə ictimaiyyətini məyus etməklə yanaşı, münasibətlərin inkişafına da xələl gətirir.

Sonda vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlı səslənən təkliflərin yaxından araşdırılması və mümkün təşəbbüslərin dəstəklənməsi haqqında razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi