Azay Quliyev: “Azərbaycan-Şərqin Avropa Cazibəsi” ölkənin dünyada tanıdılması üçün mühüm layihədir

Azay Quliyev: “Azərbaycan-Şərqin Avropa Cazibəsi” ölkənin dünyada tanıdılması üçün mühüm layihədir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında görüş keçirilib
Daxili siyasət
30 Noyabr , 2015 20:11
Azay Quliyev: “Azərbaycan-Şərqin Avropa Cazibəsi” ölkənin dünyada tanıdılması üçün mühüm layihədir

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Polşanın “Parnas” təşkilatının rəhbəri Lukaş Qolota, adıçəkilən qurumun Erasmus+ proqramı üzrə koordinatoru Maqdalena Çarneçka və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə görüş keçirilib. Bu barədə “Report”a şuranın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə eyni zamanda “Parnas” təşkilatının “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri də iştirak edib.

Lukaş Qolota Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında ətraflı məlumat verib. Təşkilat sədri yazı müsabiqəsi çərçivəsində Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Fransa, Polşa, Ukrayna və başqa ölkələrin universitetlərində və digər tədris mərkəzlərində Azərbaycana böyük marağın olduğunu müşahidə etdiklərini deyib. Müsabiqə Azərbaycan mədəniyyəti, tarixi, müasir inkişafı, multikultralizm və digər mövzuları əhatə edib. L.Qolota müasir, dinamik inkişafa malik Azərbaycanla əyani tanışlıqdan müsbət təəsüratlar əldə etdiklərini və mövcud əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Maqdalena Çarneçka azərbaycanlı tələbələrin Polşada təcrübə mübadiləsinə keçməsinə yardımçı ola biləcəyini qeyd edib.

Şura sədri, millət vəkili Azay Quliyev inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Azay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsinin Azərbaycanın dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlığın perespektivləri müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi