Bakı. 3 iyun. REPORT.AZ/ "Azadlıq-2015" seçki blokunun Sədrlər Şurasının növbəti toplantısı keçirilib.
Blokdan "Report"a verilən məlumata görə, iclasda avqustda seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, toplantıda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn iştirak edib