Yuxarı

"Azadlıq-2015"in Seçki Qərargahına sədr seçilib

Blokun Siyasi Şurasının iclası keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ "Azadlıq-2015" Seçki Bloku Siyasi Şurasının iclası keçirilib.

Blokdan "Report"a verilən məlumata görə, iclasda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP), Azadlıq Partiyasının, Azad Demokratlar Partiyasının (AzDP), Aydınlar Partiyasının, Böyük Azərbaycan Partiyasının (BAP), Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) və Azərbaycan Xalq Partiyasının (AXP) sədri iştirak edib.

Toplantıda Prezident Administrasiyası (PA) və siyasi partiyalar arasında keçirilən görüş, görüş ətrafında yaranmış vəziyyət müzakirə edilib. Proses ümumən pozitiv dəyərləndirilib. Toplantıda PA və siyasi partiyalarla növbəti görüşün əsas tematikasının seçki islahatına həsr edilməsi təklifinin rəsmiləşdirilməsi və təklifin təşkilatçılara göndərilməsi barədə qərar qəbul edilib.

Sonra blokun Seçki Qərargahının tərkibi təsdiq olunub. KXCP Ali Məclisinin sədri Bəybala Əbil Qərargahın sədri seçilib.

İctimai-siyasi vəziyyətə dair və 2015-ci il Milli Məclisə seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə edilib və müvafiq qərarlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi