Azad Rəhimov vətəndaşlarla görüşdü

Azad Rəhimov vətəndaşlarla görüşdü Gənclər və İdman naziri Azad Rəhimov 4 rayon və şəhərdən- Mingəçevir, Ağdaş, Ağsu və Göyçaydan olan vətəndaşların təklif və şikayətlərini onlaynşəkildə dinləyib.
Daxili siyasət
1936
20 Avqust , 2020 15:34
Azad Rəhimov vətəndaşlarla görüşdü
Azad Rəhimov
0 : 00
0 : 00

Gənclər və İdman naziri Azad Rəhimov 4 rayon və şəhərdən- Mingəçevir, Ağdaş, Ağsu və Göyçaydan olan vətəndaşların təklif və şikayətlərini onlayn şəkildə dinləyib. 

Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın "Report"a verdiyi məlumata görə, ümumilkdə qəbulda 20-ə yaxın vətəndaş iştirak edib.

Gənclərin müraciətləri sırasına könüllülük, rəssamlıq, Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir sıra online platformaların yaradılması, layihələrin gerçəkləşdirilməsi istiqamətində nazirlik tərəfindən dəstək göstərilməsi təklifləri irəli sürülüb.

 Fəxri adların, idman zallarına idman avadanlıqlarının verilməsi, Ağdaşda Gənclər Mərkəzinin, Ağsuda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı müraciətlər də vətəndaşlar tərəfindən bildirilib. 

Azad Rəhimov vətəndaşların suallarını cavablandırdıqdan sonra gənclərə müraciət edərək qeyd edib ki, bu dönəmdə bacardıqları qədər yaradıcı olub, müxtəlif layihələr üzərində çalışsınlar.

Məhz karantin dönəmi bitdikdən və layihələrin icrasına başlanıldıqdan sonra bu onların inkişafına dəstək verməklə yanaşı, eyni zamanda, çox böyük yeniliklərə də təkan vermiş olacaq.  

Son xəbərlər

Orphus sistemi