Yuxarı
    Bağlamaq

    Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunları üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur"

    Azərbaycanın idman infrastrukturu çox yüksək səviyyədədir

    Bakı. 2 iyul. REPORT.AZ/ "Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq. Bir sözlə, bu nüfuzlu yarış üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur". "Report" xəbər verir ki, bu fikirləri Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

    Nazir bildirib ki, Azərbaycanın idman infrastrukturu çox yüksək səviyyədədir: "Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur".

    O qeyd edib ki, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və bu kimi digər beynəlxalq tədbirlərin keçirilməsi zamanı Azərbaycanın seçilməsi inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə inamın, etibarın təsdiqidir: "Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi