Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək Qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər
Daxili siyasət
15 fevral 2016 12:25
Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.

Saat 11.00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində gerçəkləşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar yuxarıda adıçəkilən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi