Yuxarı

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək

Konfransda hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti təşkilatları, bələdiyyə nümayəndələri iştirak edəcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək. “Report”un məlumatına görə, “Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər” adlı konfrans “Lider Qadınlar” İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) texniki dəstəyi ilə Qadın İştirakçılığı Proqramı çərçivəsində baş tutacaq.

Konfransda hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti təşkilatları, bələdiyyə nümayəndələri iştirak edəcək.

Konfransda özünüidarəetmədə qadın liderliyi, qadınların bələdiyyələrdə bərəbər təmsilçiliyinin hüquqi aspektlərini, bələdiyyələrin fəaliyyətində qadınların rolunun artırılması yollarını müzakirə edəcək.

Tədbirdə eyni zamanda bələdiyyələr və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığının və qarşıdan gələn bələdiyyə seçkilərində qadınların elektoral aktivliyinin artırılmasının vacibliyini diqqətə çatdıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi