Ayaz Mütəllibov: "Fuad Musayev vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib"

Ayaz Mütəllibov: "Fuad Musayev vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib" Eks-prezident: "O, zəhmətkeş insan olub"
Daxili siyasət
18 İyun , 2017 14:48
Ayaz Mütəllibov: Fuad Musayev vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib

Bakı. 18 iyun. REPORT.AZ/ "Fuad Musayevlə bağlı çoxlu sayda xoş xatirələrim var. O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib".

"Report"un məlumatına görə, bu sözləri eks prezident Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevlə bağlı xatirələrini bölüşərkən deyib.

A.Mütəllibov bildirib ki, F.Musayev zəhmətkeş insan olub. Onların dostluq münasibətləri çoxdan qurulub.

"Onunla yaxın olmaq, dostluq etmək şəxsən mənimçün böyük şərəf idi. Biz 1949-cu ildən – uşaqlıqdan tanış idik. Allah ona rəhmət eləsin" – deyə A.Mütəllibov əlavə edib.  

Son xəbərlər

Orphus sistemi