Yuxarı
    Bağlamaq

    AXCP sədrliyinə sabiq namizəd Milli Şuradan çıxarılıb

    Onun qurumdan çıxarılmasına səbəb keçirilən mitinqlərin əleyhinə təbliğat aparması olub

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan xaric edilib.

    "Report"un xəbərinə görə, bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qəbul olunub.

    Onun Milli Şuradan çıxarılmasına səbəb keçirilən mitinqlərin əleyhinə təbliğat aparması olub.

    Qeyd edək ki, S.Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. O, AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub, qurultayda partiya sədrliyinə namizədliyini irəli sürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi