Yuxarı

AXCP sədrinin sabiq müşaviri Müsavat Məclisinə üzv seçilib

Müsavat Məclisi 153 nəfərlə tam formalaşıb

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Partiyasının Məclisinə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının boş qalan yerlərinə yeni üzvlər seçilib.

“Report”un məlumatına görə, namizədliklərini irəli sürən Ziyarət Səfərova, Arif Bağırzadə, Arif Əhmədli, Baha Mikayılov, Elman Həsənli, Əbülfəz Sadıqbəyli, Əflatun Muradov, Əkbər Cəfərbəyli, Fariz Cəfərli, Hidayət İsmayıl, Kamal Zeynalov, Kərimxan Zeynalov, Qalabəy Ağalar, Mehdi Şirəli, Mərdan Mehdi, Misir Məhəmmədoğlu, Natiq Ulubəy, Ramazan Əliyev, Rüfət Baxışbəyli, Saday Hacıyev, Şakir Abbaslı (Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin sabiq müşaviri), Yaşar Türk-Azər, Zahir Feyzullayev, Zakir İsmayıl, Vüqar Novruzov, Vaqif Davudov, Vasif Sadıqbəyli Məclis üzvü seçiliblər.

MNTK-ya boş qalan yerlərə isə Baha Allahnəzərov və Nuru Xanlarov seçilib. Seçkinin nəticələri səsə qoyularaq, qəbul edilib.

Beləliklə, Müsavat Məclisi 153 nəfərlə tam formalaşıb. MNTK-nın isə 9 üzvü olub, iki boş yer qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi