Yuxarı

​Ədliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin qurultayla bağlı müraciətini cavablandırıb

Qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinə təqdim olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin oktyabrın 18-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb.

Bu barədə "Report"a R.Nurullayev məlumat verib.

O bildirib ki, nazirlik bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

R.Nurullayev qeyd edib ki, qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı da məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.

Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirilən etimad qurultayında R.Nurullayev sədr seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi