​AXCP mitinq keçirilməsi təklifi ilə Milli Şuraya müraciət edib

​AXCP mitinq keçirilməsi təklifi ilə Milli Şuraya müraciət edib Fuad Qəhrəmanlı Müsavat Partiyasının da daxil olduğu Mərkəzin mitinq keçirilməsi ilə bağlı müzakirələrindən isə xəbərsizdir
Daxili siyasət
157
28 Oktyabr , 2014 11:28
​AXCP mitinq keçirilməsi təklifi ilə Milli Şuraya müraciət edib
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinq keçirilməsi təklifi ilə Milli Şuraya müraciət edib.

Bu barədə "Report"a AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, hazırda Milli Şurada mitinqlə bağlı müzakirələr aparılır: "Etiraz aksiyasının keçirilməsi ilə bağlı müraciətimiz Milli Şurada müzakirə olunur. Əgər müraciətimizə müsbət cavab verilsə, mitinq keçiriləcək".

F.Qəhrəmanlı Müsavat Partiyasının da daxil olduğu İnsan Haqları Mərkəzinin mitinq keçirilməsi ilə bağlı müzakirələrindən isə xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Milli Şura sonuncu mitinqini oktaybrın 12-də keçirib.

Son xəbərlər

Orphus sistemi