​Üç nəfər gənc AXCP-dən xaric edilib

​Üç nəfər gənc AXCP-dən xaric edilib Gənclərin partiyadan xaric edilmələrinin səbəbi AXCP rəhbərliyini tənqid etmələridir
Daxili siyasət
31 Mart , 2015 16:14
​Üç nəfər gənc AXCP-dən xaric edilib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üç üzvü - Kamandar Hüseynov, Cavid Musazadə və Ehtiram Mehdiyev partiyadan xaric edilib.

"Report"un əldə etdiyi məlumata görə, gənclərin partiyadan xaric edilmələrinin səbəbi AXCP rəhbərliyini tənqid etmələridir. Belə ki, E.Mehdiyev "facebook" sosial şəbəkəsində partiyanın sədr müavini Fuad Qəhrəmanlını mitinqdəki davranışlarına görə tənqid edib. Digər gənclər də bu məsələdə E.Mehdiyevə dəstək verdiklərinə görə AXCP-dən xaric ediliblər.

AXCP rəhbərliyi məsələyə münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi