​Əli Kərimlinin müavini AXCP-dən istefa verib

​Əli Kərimlinin müavini AXCP-dən istefa verib "Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs məni bağışlasın"
Daxili siyasət
8 İyul , 2015 16:58
​Əli Kərimlinin müavini AXCP-dən istefa verib

Bakı. 8 iyul. REPORT.AZ / Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlı təşkilat sıralarından istefa verib.

"Report"un məlumatına görə, o, istefasını partiyadakı fəaliyyətinə olan əngəllərlə əlaqələndirib: "AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi, ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs məni bağışlasın".

 "Report" Ə.Qurbanlı ilə əlaqə saxlayıb. O. istefası haqda danışmaq istəməyib.

AXCP sədrinin müavini Faud Qəhrəmanlı isə Ə.Qurbanlının istefasından xəbərsiz olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi