Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir

Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.
Daxili siyasət
31 dekabr 2021 20:33
Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir

Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.

"Report"un xəbərinə görə, bu, "Dövlət rüsumu haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.

Son xəbərlər

Orphus sistemi