“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq

“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanda 2019-2021-ci illər ərzində “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq.
Daxili siyasət
28 Dekabr , 2018 10:29
“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanda 2019-2021-ci illər ərzində “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.

Məqsəd yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti elektronlaşdırmaqdır.

Dövlət Proqramında həmçinin, “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılması da nəzərə tutulub. 

Eyni zamanda, Azərbaycanda Qlobal Mövqetəyinetmə Sistemi (GPS) ilə uzlaşdırılmış avtomobil yolları şəbəkəsinin interaktiv elektron xəritəsinin yaradılması da görüləcək işlər sırasındadır.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu işlər üzrə digər icraçı qurumlar sırasında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib.

Son xəbərlər

Orphus sistemi