“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qərar dərc edildiyi gündən 1 il sonra qüvvəyə minəcək.
Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.6-cı maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir.