Buxarestdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq

Buxarestdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.
Daxili siyasət
18 Yanvar , 2019 20:07
Buxarestdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı müzakirə olunacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir.

Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir.

Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi