Bakı. 16 fevral REPORT.AZ/ "Seçkilər hər bir ölkə üçün mühüm prosesdir. Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestudis Yankauskas aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən deyib.
Seçkilərdə Aİ-dən müşahidəçilərin olub-olmayacağı ilə bağlı suala səfir belə cavab verib: "Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Avropa Parlamenti dəvət olunmayıb. Azərbaycan üzvü olduğu təşkilatlara dəvət göndərib. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik".