Yuxarı

AVCİYA səsvermə zamanı apardığı müşahidələrin nəticələrini açıqlayıb

AVCİA rəsmisi deyib ki, seçici fəallığı əvvəlki referenduma nisbətən daha yüksək olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində 65 dairə seçki komissiyasında müşahidələr aparıb. "Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında AVCİYA nümayəndəsi Məhərrəm Zülfüqarlı deyib.

"Referendum günü səsvermənin nəticəsi gün ərzində 5 dəfə ictimaiyyətə çatdırılıb. Seçici fəallığı yüksək olub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar olub ki, o da referendum prosesinə və nəticəyə təsir etməyib. Assosiasiya hesab edir ki, referendum dövlət təhlükəsizliyi və vətəndaş cəmiyyəti institutlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir", - M.Zülfüqarlı deyib.

AVCİA rəsmisi deyib ki, seçici fəallığı əvvəlki referenduma nisbətən daha yüksək olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi