Auditor: "DSMF ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var"

Auditor: "DSMF ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var" “Həm İşsizlikdən Sığorta Fondu, həm də Dövlət Sosial Müdafiə Fondu ilə bağlı qanunvericilik bazasının bir qədər təkmilləşməsinə ehtiyac var”. “Report” xəbər verir ki, bunu Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Milli Məclisin Əmək və sosial siy
Daxili siyasət
16 noyabr 2023 12:47
Auditor: DSMF ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var

“Həm İşsizlikdən Sığorta Fondu, həm də Dövlət Sosial Müdafiə Fondu ilə bağlı qanunvericilik bazasının bir qədər təkmilləşdirilməsinə ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, 2024-cü ildən xərclərin və gəlirlərin vahid büdcə təsnifatına uyğunlaşdırılması tələbi qoyulub: “Vahid büdcə təsnifatının özünün də bəzi məqamlarda təkmilləşməsi tələb olunur. Bundan başqa, qalıq gəlir kimi ola bilməz. Qalıqların qanunda maliyyə mənbəyi kimi görsədilməsi və onun gəlirlərə daxil edilməməsi təklifini irəli sürmüşük”.

Son xəbərlər

Orphus sistemi